İDMAN
Atletika üzrə millimizin üzvü: Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Çox məyus olduq, çünki biz bu yarışa komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Medal qazanma şanslarımız çox böyük idi. Ermənistanda Dövlət Himnimiz səslənə bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycanın Dövlət Himni səslənməsin deyə belə bir təxribat törətdi. Bu hadisə onların bizdən necə qorxduqlarını və necə barbar bir xalq olduqlarını bir daha sübut etdi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində atletika üzrə millimizin üzvü Nazilə İsmayılova deyib.
O söyləyib ki, gələcək yarışlarda daha yaxşı iştirak edəcəklər. “Biz hər zaman olduğu kimi, gücümüzü, qüdrətimizi sübut edəcəyik. Çünki biz Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Heç bir təhlükəsizliyimiz təmin olunmadı. Biz axşam saatlarında oteli tərk etmək istəyərkən, dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik. Ona görə oteldən çıxmayın”, - deyə atletimiz qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]