İDMAN


“Atletiko Madrid” klubu Qabi  ilə müqaviləni yeniləyəcək

Bakı, 24 oktyabr, AZƏRTAC

“Atletiko Madrid” futbol klubu kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununadək uzadılması barədə razılıq əldə olunub. Qabinin bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir.

Otuz dörd yaşlı oyunçunu komandada saxlamağın əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonedir.

Qeyd edək ki, Qabi cari mövsüm La Liqada 8 matçda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.