İDMAN


“Atletiko Madrid”dən ayrılan Şime Vrsalko Yunanıstan klubu ilə üçillik müqavilə imzalayıb

Bakı, 3 iyul, AZƏRTAC

“Atletiko Madrid” futbol klubundan ayrılan Şime Vrsalkonun yeni komandası müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını “Olimpiakos”da davam etdirəcək.

Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Xorvatiya millisinin üzvü ilə üçillik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.

Futbolçu ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

O, əvvəllər Zaqreb “Dinamo”su, “Cenoa”, “Sassuolo”, İnter” klublarında da oynayıb.

Müdafiəçi 2018-ci ildə Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.