İDMAN


“Atletiko Madrid”in baş məşqçisi: Nəticə bizim üçün gözlənilməz oldu

Bakı, 18 oktyabr, AZƏRTAC 

Bu nəticə bizim üçün gözlənilməz oldu. İlk hissədə bir neçə qol imkanı yaratsaq da, fərqlənə bilmədik. Bu epizodlardan yararlana bilməməyimiz komandamızda xal itirmək qorxusu yaratdı ki, bu da nəticəyə təsir etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” ilə oyundan sonra “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone deyib.

“Qarabağ”ın heyətində qapıçı İbrahim Şehiçin inamlı oyununu xüsusi qeyd edən argentinalı mütəxəssis vurğulayıb: “Oyundan əvvəl mətbuat konfransında dediyim kimi, rəqib komanda əks-hücumlardan səmərəli istifadə etməyi bacarır. Bu oyunda qələbəyə ehtiyacımız var idi. “Qarabağ” bundan istifadə edib bizi əks-hücumda yaxalamaq istəsə də, buna nail ola bilmədi. Bu oyunu unudub, diqqətimizi qarşıdakı matçlara yönəldəcəyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.