RƏSMİ XRONİKA


“Atletiko de Madrid” Klubunun sədri Migel Anxel Xill Marindən

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə Sizi “Atletiko de Madrid” Futbol Klubu adından təbrik etmək istəyirik.

Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.

Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.

Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı.

Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq.

Hörmətlə,

Migel Anxel Xill Marin

“Atletiko de Madrid” Klubunun sədri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin