İDMAN


“Atletiko” klubu “Tottenhem”in müdafiəçisi Mett Dohertini heyətinə qatıb

“Atletiko” klubu “Tottenhem”in müdafiəçisi Mett Dohertini heyətinə qatıb

Bakı, 2 fevral, AZƏRTAC

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisi “Tottenhem”in müdafiəçisi Mett Dohertinin keçidini rəsmiləşdirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İrlandiyalı futbolçu mövsümün sonunadək icarə əsasında "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, M.Doherti “Tottenhem”ə 2020-ci ilin yayında “Vulverhempton”dan transfer olunub. Otuz bir yaşlı futbolçu bu mövsüm 16 matçda 1 qol vurub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.