REGİONLAR


Atletlər arasında keçirilən Naxçıvan şəhər birinciliyində 18 idmançı iştirak edib

Naxçıvan, 24 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klublarının atletləri аrаsındа qaçış üzrə şəhər birinciliyi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışda 3 komanda (hər komandanın tərkibi 3 oğlan, 3 qız) üzrə 18 idmançı iştirak edib. Oğlanlar arasında 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Rzayev, 200 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Efe Yaqubov, 400 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Vaqif Orucov qalib adını qazanıblar.

Qızların mübarizəsində isə 14 nömrəli tam orta məktəbin şagirdi Aminə Novruzzadə (100 metr), 10 nömrəli tam orta məktəbin şagirdləri İlahə Hacılı (200 metr) və Sənubər Ələsgərli (400 metr) finiş xəttinə hamıdan öndə çatıblar.

Komanda hesabında 10 nömrəli tam orta məktəbin komandası rəqiblərindən üstün olub. Digər iki pillədə isə 8 və 14 nömrəli tam orta məktəbin komandaları qərarlaşıblar.

Sonda qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.