CƏMİYYƏT
Atmosferi çirkləndirən zavod barəsində növbəti dəfə protokol tərtib olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “S.Steel” Məhdud Məsuliyyətli Cəmiyyətinin paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı növbəti araşdırma və monitorinq keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyənləşib.
Qeyd edək ki, nazirlik ötən ilin dekabrında zavod barəsində akt, protokol tərtib edib və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verib. “Məcburi göstəriş”in tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilib və onun hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı Rayon Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]