DÜNYA


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın əməkdaşlığı məhdudlaşdıracağından narahatdır

Vyana, 17 fevral, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) gələn həftədən etibarən İranın bu beynəlxalq qurumun müfəttişləri ilə əməkdaşlığı məhdudlaşdıracağından narahatdır.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum bununla bağlı İran tərəfindən məlumatlandırıldığını açıqlayıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, İran bu ölkənin nüvə proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan Vyana Sazişində əskini tapan könüllü şəffaflıq tədbirlərini fevralın 23-dən sonra davam etdirmək niyyətində deyil. Bundan başqa isə rəsmi Tehran sazişin əlavə protokoluna (AEBA müfəttişlərinin nüvə mərkəzlərinə plandan kənar qısamüddətli səfərlərinə icazə) da əməl edilməyəcəkdir.

Qeyd edilməlidir ki, rəsmi Tehran hələ bu ilin əvvəlində nüvə proqramı ilə əlaqədar ABŞ-la yaranmış mübahisədə ciddi irəliləyiş əldə edilməyəcəyi təqdirdə AEBA ilə əməkdaşlığını əhəmiyyətli dərəcədə məhdudlaşdıracağını elan etmişdi. İran tərəfi bu addımı Vyana Sazişinə yalnız İran tərəfinin əməl etməsi və ABŞ-ın bu ölkəyə qarşı sanksiyalara son qoymaması ilə izah etmişdi. AEBA-nın açıqlamasında qeyd edilib ki, təşkilatın baş direktoru Rafael Qrossi hər iki tərəf üçün qəbuledilən çıxış yolunun tapılması üçün İrana səfər etməyə hazırdır. AEBA bu səfər nəticəsində mühüm verifikasiya işlərinin davam etdirilməsi barədə razılıq əldə ediləcəyinə ümid bəsləyir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.