ELM VƏ TƏHSİL


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat işləri ilə maraqlanır

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) ekspertləri, Pakistan Atom Enerji Komitəsinin Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun əməkdaşları Xalid Mahmud və Sajjad Haydar ilə görüş keçirilib.

RPİ-dən AZƏRTAC-a bildirilib ki, görüşün təşkilinin əsas məqsədi radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə institutda aparılan elmi-tədqiqat işləri ilə tanışlıq, daxili potensialın öyrənilməsi və əməkdaşlıq imkanları barədə müzakirə aparmaq olub.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.

RPİ direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva qonaqları institutun laboratoriyaları ilə tanış edib, elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sonra X.Mahmud Pakistan Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, qurumda yerinə yetirilən layihələr barədə təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.