DÜNYA


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İrana səfər edəcək

Tehran, 18 fevral, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Qrossi fevralın 20-də İrana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın IAEA yanındakı daimi nümayəndəsi Kazım Qəribadi verib. O deyib ki, R.Qrossi İran rəsmiləri ilə texniki məsələləri müzakirə edəcək.

Qeyd edək ki, ABŞ razılaşmaya baxmayaraq, İrana qarşı iqtisadi sanksiyaları artırdıqdan sonra İran parlamenti IAEA nümayəndələrinin nüvə obyektlərinə daxil olmasını qadağan edən qanun qəbul edib. İran parlamenti bəyan edib ki, ABŞ razılaşmaya məhəl qoymayaraq sanksiyalar siyasətini davam etdirirsə, İran da nüvə obyektlərinin monitorinqinə imkan verməyəcək.

Bu məsələyə aydınlıq gətirən K.Qəribadi qeyd edib ki, İran parlamentinin qəbul etdiyi qanun fevralın 23-dən qüvvəyə minəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.