DÜNYA


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri İranda səfərdədir

Vyana, 12 sentyabr, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramına dair danışıqlara yeni təkan vermək niyyətindədir və bu məqsədlə qurumun rəhbəri Rafael Qrossi Tehranda səfərdədir.

AZƏRTAC xəbər verir ki, bu, İranda yeni hökumət formalaşdıqdan sonra AEBA rəhbərinin bu ölkəyə ilk səfəridir. Səfər çərçivəsində R.Qrossi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İran Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami ilə görüşməlidir. Səfərin məqsədi 2015-ci ildə bağlanmış nüvə sazişinin xilası üçün yeni danışıqların müzakirə edilməsidir.

AEBA-dan, həmçinin bildirilib ki, R. Qrossi səfərdən qayıtdıqdan sonra mətbuata geniş açıqlama verəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.