Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununu “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 171; 2006, № 12, maddə 1005; 2016, № 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.2-ci maddəyə “meşələrin,” sözündən sonra “yaşıllıqların,” sözü əlavə edilsin.

2. 2-ci maddəyə “Ətraf mühitin mühafizəsi haqqında”,” sözlərindən sonra “Yaşıllıqların mühafizəsi haqqında”,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin