CƏMİYYƏT
Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması polisin də diqqət mərkəzindədir VİDEO
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşan ənənəyə uyğun olaraq, Daxili İşlər Nazirliyinin əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları əkin üçün yararsız boş ərazidə abadlıq və təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılan şam və zeytun tingləri xüsusi aqrotexniki qaydada qazılan yerlərdə əkilib, suvarılıblar. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün dirəklər basdırılıb.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]