REGİONLAR
“Ətraf mühitin qorunmasında tərəvəz məhsullarının rolu“ mövzusunda təcrübə proqramı təklif edilir
Bakı, 18 sentyabr (AZƏRTAC). Cari ilin noyabrın 16-dan dekabrın 10-dək İsrailin “Mashav” və “Cinadko” təşkilatları “Ətraf mühitin qorunmasında tərəvəz məhsullarının rolu“ mövzusunda təcrübə proqramı təklif edir.
Azərbaycan Dövlət Aqrar Universitetindən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramının məqsədi iştirakçıların ətraf mühitin qorunması ilə bağlı biliklərini zənginləşdirmək, tərəvəz məhsullarının yetişdirilməsində fizioloji və bioloji qaydalardan və faktorlardan istifadə edərək yüksək keyfiyyətli məhsuldarlığın əldə edilməsinə nail olmaqdır.
Təcrübə proqramında yalnız ingilis dilini bilən professor və müəllim heyəti iştirak edə bilər və işlədiyi sahədə ən azı 2 illik peşəkar iş təcrübəsi olmalıdır.
Qeydiyyat oktyabrın 6-da başa çatacaqdır.