CƏMİYYƏT


Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir

Bakı, 18 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Ətraf Mühit Agentliyi və Slovakiyanın Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə üçgünlük təlim sessiyası başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində keçirilən praktik təlimlər ətraf mühit üzrə seçilmiş göstəricilərin, qiymətləndirmə alətlərinin və hesabatvermənin icra edilməsində milli mütəxəssislərin mövcud potensialının artırılmasına kömək göstərəcək.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialın formalaşdırılmasına xidmət edir. Dördillik layihə çərçivəsində ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sisteminin prinsipləri və təcrübələri altı ölkə arasında həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.