İQTİSADİYYAT


“Audatex” sisteminin tətbiqi ilə bağlı Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Audatex” sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub.

ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə “Audatex” Azərbaycan şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb. Təklif edilən modellərdən biri “amortizasiya”, digəri isə “auksion” (hərrac) modelidir.

“Amortizasiya” modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır.

“Auksion” modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.

Görüş zamanı sığortaçılar tərəfindən hər iki model üzrə öz mövqe və yanaşmalar təqdim edilərək geniş müzakirələr aparılıb. Görüşün yekunu olaraq “auksion” modelinin daha məqsədəmüvafiq olacağını bildirib. Lakin bu modelin və bununla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisə üzrə zərər tənzimlənməsini bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar verdilər.

Qeyd edək ki, bu Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Audatex” sisteminin tətbiqi üzrə işçi qrupunun sayca ikinci görüşü idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.