İQTİSADİYYAT


Auditorlar Palatası daxili auditor kadrları hazırlayır

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.

Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Kurslar yanvarın 7-dən "Daxili Auditin planlaşdırılması" proqramı əsasında keçirilir. Hazırlıq kurslarını "Xalq Sığorta" ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Camal Rzayev tədris edir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.