İQTİSADİYYAT


Auditorlar Palatası ilə Qiymətləndiricilər Cəmiyyəti əməkdaşlıq sazişinin layihəsini müzakirə edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şura üzvlərinin və palatanın kurası yanında komitə sədrlərinin iştirak etdiyi videokonfransda auditor təşkilatlarının və sərbəst auditorların 2020-ci il üzrə birinci yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması, “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimat”ın layihəsi, Auditorlar Palatası ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq sazişinin layihəsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.