QAN YADDAŞI


Auditorlar Palatasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Auditorlar Palatasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Auditorlar Palatasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib.

Tədbirdə əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində faciəli şəkildə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Hüzn Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, qurumun sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxış edərək, qəhrəman şəhidlərimizin yanvarın 19-dan 20-nə keçən gecədə Azərbaycanın üstünə çökən kabusa, sovet ordusunun qorxunc və qanlı basqınına qarşı sinə gərərək, birlik və bərabərliyini dünyaya isbatından danışıb. Qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.

Vahid Novruzov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Liderin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini qeyd edib. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Palata sədri daha sonra 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və həmin müdhiş gecədə həlak olan Vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd etdi. O, İkinci Qarabağ müharibəsindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan möhtəşəm quruculuq işlərindən və uğurlu iqtisadi islahatlardan ətraflı şəkildə danışıb.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov həmin gecə baş vermiş faciəni bir daha xatırlayaraq, dinc əhalinin vəhşicəsinə qətlindən, əliyalın uşaq, qadın, yaşlı insanlarımıza tutulan divandan söz açıb. S.Gülməmmədov 20 Yanvar gecəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda, insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün xalqımızın tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün olmadığını, şərəf və qəhrəmanlıq günü olduğunu vurğulayıb. O qeyd edib ki, biz çox xoşbəxt xalqıq, çünki müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lideri Heydər Əliyev kimi Prezidentimiz olub və onun ideyalarını, uzunmüddətli gələcəyə istiqamətlənmiş siyasətini bu gün uğurla davam etdirən dövlət başçımız var.

Tədbirdə çıxış edənlər bu qanlı hadisələrin canlı şahidləri olduqlarını və həmin gecənin ağrısını yaşadıqlarını bildiriblər. Qeyd edilib ki, 44 günlük müharibədə 20 Yanvar faciəsindən başlanan müstəqillik amalının yeni qəhrəmanlıq salnaməsi yazılıb. Məhz ona görə də 20 Yanvar faciəsi heç vaxt unudulmayacaq və şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də, Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.