Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat müzakirə edilib
AzerTAg.az
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, şura üzvlərinin və şura yanında komitə sədrlərinin iştirak etdiyi videokonfransda Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, şura yanında yeni komitələrin və komissiyanın yaradılması və tərkiblərinin təsdiq edilməsi, şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük tələblərinə (SMO) dair hazırlanmış və təqdim edilmiş palatanın Fəaliyyət Planının IFAC tərəfindən müsbət qiymətləndirilməsi və internet səhifəsində dərc olunması, “Auditorların işlərinin nəticələrinin təsərrüfat subyektlərinin uğurlarının davamlılığına təsirinin müəyyənləşdirilməsi üzrə Tövsiyələr”, 2020-ci ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair hazırlanmış icmal-təhlil, “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2021-ci il üçün Plan-qrafik”lərin təsdiqi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Xəbərin mətnində orfoqrafik səhv var