İQTİSADİYYAT
Auditorlar Palatasının əməkdaşı Berlində beynəlxalq konfransda iştirak edib
Bakı, 1 iyul, AZƏRTAC
Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Direktorlar Şurasının üzvü Lamiyə Bayramova Berlində EFAA-nın İdarə Heyətinin iclasında, İllik Beynəlxalq Konfransında və İllik Ümumi İclasında iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, "Rəqəmsal Peşənin İnkişafı" mövzusunda keçirilən konfransda "Müvafiq rəqəmsal inkişaflar", "Rəqəmsal zamanda biznes və cəmiyyət", "Rəqəmsal peşə" mövzuları ilə bağlı çıxışlar dinlənilib.
EFAA-nın Direktorlar Şurasının iclasında maliyyə hesabatı, vergilər, 2016-2017-ci illər üzrə fəaliyyət planı, EFAA-dakı ümumi və üzvlük haqqı ilə bağlı islahatlar, EFAA-nın yeni nizamnamə layihəsi, gələcək tədbirlər müzakirə olunub. İllik Ümumi İclasda isə EFAA-nın prezidenti Bodo Riçartın illik və 2016-cı ilin illik maliyyə hesabatları dinlənilib, Belçika Mühasiblər və Vergi Məsləhətçiləri İnstitutunun yeni üzvlüyə qəbul edilməsi, 2017-2018-ci illər üzrə fəaliyyət planı, üzvlük haqları, 2018-ci ilin büdcəsi barədə məsələlər müzakirə olunub.