CƏBHƏ XƏBƏRLƏRİ


Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

Bakı, 6 oktyabr, AZƏRTAC

Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Palatadan AZƏRTAC-a bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları Şanlı Ordumuza dəstək məqsədilə müxtəlif vasitələrlə dəstək olurlar. Qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda Auditorlar Palatası cəsarətli əsgərlərimizi dəstəkləyir və onlara möhkəm cansağlığı arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.