MƏDƏNİYYƏT


Auqusto Massari: Ailəyə, dostlara sevgi İtaliya Azərbaycan mənəvi dəyərlərini birləşdirir

Bakı, 25 noyabr, AZƏRTAC 

Ailəyə, dostlara sevgi İtaliya Azərbaycan mənəvi dəyərlərini birləşdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən ikinci Dünya İtaliya Mətbəxi həftəsində çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari deyib.

Diplomat İtaliya mətbəxinin, ənənələrinin, mədəniyyətinin fərqli xüsusiyyətinin dünyada təbliği məqsədilə keçirilən bu mədəni həftənin ölkəsinin Baş naziri Paulo Centiloninin təşəbbüsü ilə qeyd olunduğunu vurğulayıb. İtaliya mədəni həftəsinin Bakıda keçirilməsindən məmnunluğunu dilə gətirən diplomat hər iki ölkəni birləşdirən bir çox dəyərlərdən danışıb. Bu cür tədbirlərin İtaliya ilə Azərbaycan arasında dostluğun tərənnümü olduğunu söyləyən səfir mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Səfir ölkələrimiz arasında münasibətlərin bir çox sahələrdəki əməkdaşlıqla daha da zənginləşəcəyini bildirib.

Tədbirdə İtaliyanın Bolonya şəhərinin "Cantina Bentivoglio" restoranından məşhur aşpaz məxsusi təamları, İtalyan şərablarını qonaqlara təqdim edib.

Noyabrın 26-dək davam edəcək ikinci Dünya İtaliya Mətbəxi çərçivəsində ölkəyə məxsus kulinariya nümunələri təqdim ediləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.