Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Aureliya Qriqoriu: “Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir”

Aureliya Qriqoriu: “Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir”

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Bunu Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusundakı konfransda bildirib.

AZƏRTAC xəbər verir ki, Kişineuda keçirilən və Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirin təşkilatçıları Moldovadakı Azərbaycan səfirliyi, Moldova Respublikası hökuməti yanında İctimai İdarəçilik Akademiyası və Moldova İctimai Palatasıdır.

Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 25 ildir ki, davam edir. Bu təcavüz insan haqlarının təməl prinsiplərinin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının kütləvi pozulması ilə müşayiət olunur. Aureliya Qriqoriu deyib: “Təcavüz nəticəsində Ermənistan 360 kilometr məsafədə Azərbaycan sərhədlərini pozub, Azərbaycan-İran sərhədinin 198 kilometrlik hissəsini öz nəzarətinə götürüb. İşğal edilmiş ərazilərdə 890 şəhər, kənd və qəsəbə, 102 min yaşayış evi, 7 min ictimai bina, 693 ümumtəhsil məktəbi, 695 səhiyyə obyekti, 800 kilometr uzunluğunda avtomobil yolu, 160 körpü, 23.000 kilometr uzunluğunda su kəməri xətti, 156 min hektar şumluq torpaq, 464 tarixi abidə və muzey dağıdılıb. İlkin hesablamalara görə, təcavüz nəticəsində Azərbaycana 600 milyard ABŞ dolları məbləğində zərər vurulub”.

İctimai Palata sədrinin sözlərinə görə, Ermənistanın apardığı hərbi əməliyyatlar və talanlar nəticəsində 20 min adam həlak olub, 100 min azərbaycanlı yaralanıb, 50 min nəfər əlil olub. A.Qriqoriu deyib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağ müharibəsinin gedişində 4600 adamın itkin düşdüyünü qeydə alıb ki, bunların 3700 nəfəri azərbaycanlıdır. 2012-ci ilin rəsmi məlumatlarına əsasən, əsir düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4000 nəfərdən çoxdur, onların 439-u əsirlikdə həlak olub. Ermənistanın, eləcə də Azərbaycanın işğal olunmuş ərazisindən 1 milyondan çox azərbaycanlı qovulub. O cümlədən Ermənistanın 185 yaşayış məntəqəsindən 250 min nəfərdən çox azərbaycanlı zorla qovulub. Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləmələrin qurbanı olub, elementar insan haqlarından məhrum edilib. Qovulma talan və qətllərlə müşayiət olunub. Etnik təmizləmə siyasəti Azərbaycanın işğal edilmiş ərazilərində də davam etdirilib. Dağlıq Qarabağda və 7 ətraf rayonda təxminən 760 min azərbaycanlı daimi yaşayış yerlərindən zorla çıxarılıb”.

Azərbaycan ərazilərinin işğalı soyqırımı aktları ilə müşayiət olunub. Aureliya Qriqoriu deyib: “XX əsrin sonunda Azərbaycan xalqının qarşılaşdığı ən dəhşətli faciələrdən biri Xocalı şəhərində baş vermiş soyqırımıdır. Bu gün o qorxunc hadisənin 24-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərini ələ keçirərək xüsusi amansızlıqla 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı qətlə yetiriblər. Xocalıda azərbaycanlıların soyqırıma məruz qalması faktı artıq bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası özünün dörd qətnaməsində Azərbaycan ərazilərinin işğal edilməsi faktını birbaşa qeyd edib, bununla bərabər, “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü”, habelə “beynəlxalq sərhədlərin dəyişilməzliyini” bir daha təsdiqləyib”.

İctimai Palata sədrinin fikrincə, AŞPA-nın Sərsəng su anbarı ilə bağlı sonuncu qətnaməsi Ermənistanın təcavüzkar dövlət olmasını bir daha təsdiqləyib. Həmin sənəddə Dağlıq Qarabağ yalnız Azərbaycanın bir hissəsi kimi qeyd olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü yenə də təsbit edilib.

Elə həmin gün AŞPA-da britaniyalı deputat Robert Uolterin qətnaməsi dinlənilib və qəbul olunmayıb. “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın eskalasiyası” qətnaməsinin lehinə 66, əleyhinə 71 deputat səs verib. Məruzədə “erməni silahlı birləşmələri və digər qeyri-nizami birləşmələrin Dağlıq Qarabağdan çıxarılması, hər iki ölkənin hökumətlərinin hərbi güc tətbiqindən çəkinməsi, habelə Dağlıq Qarabağda təhlükəsizliyin dəstəklənməsi, köçkünlərin qayıdışının təmin edilməsi, atəşkəs rejiminin pozulması hallarının təhqiq olunması mexanizminin yaradılması üçün ATƏT-ə beynəlxalq sülhməramlı qüvvələri formalaşdırmaq çağırışları vardı”.

Aureliya Qriqoriu qeyd edib: “Dörd Moldova deputatından yalnız biri - Valeri Qeletski AŞPA-da Dağlıq Qarabağa dair qətnamənin qəbulunun lehinə səs verib. Liliana Palixoviç və Valentina Buliqa bitərəf qalıblar. Deputat Andrey Nequtsa ümumiyyətlə səsvermədə iştirak etməyib. Niyə görə Moldova - dondurulmuş münaqişəsi olan ölkə bu sayaq qətnamələrin qəbulunda bitərəf qalır? Dövlətlərin ərazi bütövlüyü kimi mövzunun müzakirəsi zamanı susmaq və ya bitərəf qalmaqla Moldova özünü daha bir neçə separatçı qurumla üzləşmək təhlükəsi altında qoyur. Bütün bunlar bir tərəfdən, ərazi bütövlüyü məsələsində dəqiq dövlət mövqeyinin yoxluğu, qismən də beynəlxalq birlikdə ikili standartların nəticəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub

Ermənistan silahlı birləşmələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il ötür

Baş prokuror Kamran Əliyev Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib

ABŞ tədqiqatçıları: COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər

Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub

Qazaxıstan Türkmənistana ixracı 120 milyon dollar artırmağa hazırdır

Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib

Floridada “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Trampla Harris arasında ikinci debatın olmayacağı dəqiqləşib

Ciorcia Meloni: İtaliya Ukraynanın gələcək bərpasında fəal iştirak edəcək

Qətər Qazaxıstana 20 milyard dollar sərmayə qoyur

Zelenski: Ukrayna Qərb ölkələrindən zəmanət almaq müqabilində atəşkəs barədə düşünmür

Ədəbiyyat üzrə Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Polşa Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi ilə razılaşmır

Millətlər Liqası: İngiltərə məğlub olub, İtaliya heç-heçə edib

Saatlıda yük və minik maşını toqquşub, xəsarət alanlar var

Pit Evans: Dünyada beynəlxalq humanitar hüququn tətbiqi və ona riayətlə bağlı çətinlikləri görürük

Çin ABŞ-ın 3 şirkətinə və 10 nəfərə sanksiya tətbiq edəcək

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Avroliqada İstanbul derbisini “Fənərbağça” qazanıb

Şövqi Hüseynov: “Killerdən teleqram” vasitəsilə cəmiyyətə sevginin dünyanı xilas edəcəyi mesajını ötürürük

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Türkiyə “Eurofighter Typhoon” hərbi təyyarələrinin alınması üçün Berlindən təsdiq gözləyir

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

Sumqayıtda polietilen istehsalı sexində yanğın olub VİDEO

Nazir müavini: Azərbaycanın 70-dən çox dövlət qurumu “Rəqəmsal körpü” sisteminə inteqrasiya olunub

XİN: COP29 çərçivəsində elan edilən “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatı tərəfindən dəstəklənib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb

Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub

İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

® “Trendyol” Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqləyib - SƏRƏNCAM

Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli STRATEGİYA

Peskov Rusiya ilə Gürcüstan arasında vizasız rejimin tətbiqini humanitar münasibətlərin qorunması ilə izah edib

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu “Tələbələrin şərəf qılıncı” ilə təltif olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakıda Pre-COP29 konfransı başlayıb YENİLƏNİB 2 VİDEO

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan kitabın təqdimatı keçirilib

“Gəncə-Qənnadı”nın dövlətə məxsus 30 faizlik səhmləri özəlləşdirilib

Türkiyə mətbuatı: Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığa çağırıb

® “Nar” sərfəli smartfon modellərini təqdim edir

® ABB-dən yenilik: Süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

Azərbaycanla BƏƏ arasında birgə layihələr müzakirə olunub

Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri gücləndirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib

Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram

Mingəçevir şəhər 17 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub

Naxçıvan Dövlət Universitetində ixracyönlü sənayenin inkişaf yolları müzakirə olunub

Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub

Dünya bankı: Azərbaycanda ictimai binalarda enerji effektivliyinin təmin edilməsi xərclərə qənaət etməyə imkan verir

Bişkekdə Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başlayıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib

® “Kapital Bank”ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçirilib

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi ölkəmizə qayıdıb

Azərbaycanın Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib

Qazaxıstanlı alim: Bu il Xəzər dənizinin səviyyəsi 15 santimetr enə bilər

“Mütaliə edən gənclər daha perspektivli olur” - Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib

Bakıdan Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək

Naxçıvanda sərgi-satış yarmarkası keçirilir

Səməd Seyidov: Müharibəni udmuşuq, ancaq başa düşməliyik ki, bizə qarşı diplomatik müharibə elan olunub

“Canlı planet”: Vəhşi heyvanların sayının azalması “geri qayıtmama nöqtəsinə” yaxınlaşır

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Məsim Məmmədov: Laçının Bəylik kəndinə 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır

"Neftçi" Müşahidə Şurasının üzvü: Düzgün məşqçini seçmək üçün əlimizdən gələni edəcəyik

Gələn həftə NATO-nun “Steadfast Noon” nüvə təlimi başlayacaq

Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddəti artırılıb

Azərbaycan Basketbol Federasiyasının prezidenti: Bütün klubların sponsorları var

Alim Pərvinə İsmayılova milli genofondun qorunmasına dair təkliflər verir MÜSAHİBƏ

BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar

Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin nümayəndələri müzakirələr aparıblar

Tbilisinin mərkəzi küçə və prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

MDB Parlament Assambleyasının komissiya iclasları keçirilib

Macarıstan “Türk axını” ilə 5,7 milyard kubmetr qaz alıb

“Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü olub

Tacikistan nümayəndə heyəti ilə hərbi təhsil sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb

Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub

Zelenski Britaniya, Fransa və İtaliya liderləri ilə görüşəcək

Françesko Korvaro: Ötən il iki mindən çox ekspert üçün təlimlər təşkil edilib

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Emin Əmrullayev: Azərbaycanda basketbolu daha da populyarlaşdırmaq istəyirik

Görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunan kitab sərgisi təqdim edilib

İrakli Nadareişvili: Türkiyə və Gürcüstan biznesin inkişafında yaxşı tərəfdaşlardır

“Kəpəz”in qapıçısı: “Qarabağ” güclüdür, amma futbol proqnozu sevmir

Bu ilin sonunadək Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq

Şəffaflıq iqlim dəyişmələrinin yarada biləcəyi problemlərin dərk olunmasına kömək edir

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi: Sentyabr ayında 146 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Bolqarıstanda “Şuşa - Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

Laçının Qorçu kəndində 366 mindən çox ağac əkiləcək

“Milton” qasırğası 3 milyondan çox insanı işıqsız qoyub

Şuşa və Ağdərədə yerquruluşu üzrə çöl ölçmə işləri davam etdirilir

Azərbaycanda COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir – RƏY