İDMAN


“Australian Open-2019”: Novak Cokoviç  dörddəbir finala vəsiqə qazanıb

Bakı, 21 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Australian Open-2019” tennis turnirinin favoriti sayılan serbiyalı Novak Cokoviç səkkizdəbir final mərhələsində Rusiya təmsilçisi Danil Medvedev ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş Novak Cokoviçin qələbəsi ilə başa çatıb (4:6, 7:6 (7:5), 2:6, 3:6). Qarşılaşma 3 saat 16 dəqiqə davam edib.

Serbiyalı tennisçi dörddədir final mərhələsində yaponiyalı Kim Nisikori ilə qarşılaşacaq.

Novak Cokoviç “Australian Open” turnirinin altıqat qalibidir (2008-ci il, 2011-2013-cü, 2015-ci, 2016-cı).

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.