İDMAN
“Australian Open-2019”: kişi tennisçilər arasında finala ilk vəsiqəni Rafael Nadal qazanıb
Bakı, 24 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 24-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ilk qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, korta turnirin favoritlərindən sayılan Rojer Federeri məğlub edən Yunanıstan təmsilçisi Stefanos Tsıtsipas və ispaniyalı Rafael Nadal çıxıblar. Nadal rəqibinə çətinlik çəkmədən qalib gəlib (6:2, 6:4, 6:0).
Hazırda ATP-ın reytinqində ikinci yeri tutan Rafael Nadal İspaniya millisinin tərkibində “Devis” kubokunu dördqat qalibidir (2004, 2008, 2009, 2011). Pekin (2008) və Rio (2016) Olimpiadalarında fərdi yarışlarda iki qızıl medal qazanıb.
İspaniyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərdə 15 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. “Australian Open” turnirini isə bir dəfə - 2009-cu ildə qazanıb.
O, finalda Novak Cokoviç (Serbiya) və Lukas Pouille (Fransa) görüşünün qalibi ilə qarşılaşacaq. Həmin görüş yanvarın 25-də oynanılacaq.