İDMAN


“Australian Open-2019”: yarımfinala növbəti vəsiqəni Rafael Nadal qazanıb

Bakı, 22 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Australian Open-2019” tennis turnirinin növbəti dörddəbir final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin favoritlərindən sayılan ispaniyalı Rafael Nadal amerikalı Frenses Tiafo ilə üz-üzə gəlib. Qarşılaşma Rafael Nadalın inamlı qələbəsi ilə başa çatıb (6:3, 6:4, 6:2). İspaniyalı tennisçi növbəti mərhələdə yunanıstanlı Stefanos Tsıtsipas ilə qarşılaşacaq.

Turnirin digər dörddəbir finalında Miloş Raoniç (Kanada) Lukas Pouile (Fransa) ilə, Novak Cokoviç (Serbiya) isə Key Nişikori (Yaponiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

Turnirə yanvarın 27-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.