İDMAN
“Australian Open-2020”: Rafael Nadal dörddədir finalda Dominik Timə məğlub olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da tennis üzrə Avstraliya açıq turnirinin sonuncu - dördüncü yarımfinalçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ispaniyalı Rafael Nadalı məğlub edən avstriyalı Dominik Tim yarımfinala sonuncu vəsiqənin sahibi olub. Dörd saatdan çox davam edən görüş 3:1 (7:6, 7:6, 4:6, 7:6) hesabı ilə Dominik Timin xeyrinə başa çatıb.
D.Tim yarımfinalda almaniyalı Aleksander Zverev ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə Rojer Federer (İsveçrə) və Novak Cokoviç (Serbiya) üz-üzə gələcəklər. Yarımfinal görüşləri yanvarın 30-da və 31-də keçiriləcək.
Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Fevralın 2-dək davam edəcək turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]