İDMAN
“Australian Open” turnirində 44 ildən sonra yerli tennisçi qalib gəlib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da “Böyük dəbilqə” seriyasından tennis üzrə qadınlar arasında “Australian Open-2022” turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə bir nömrəli raketka ustası avstraliyalı Eşli Barti və amerikalı Daniel Kollenz üz-üzə gəliblər. İki saatdan çox davam edən görüşdə avstraliyalı tennisçi qalib gəlib – 6:3, 7:6 (7:2).
Bununla da E.Barti 44 il sonra “Australian Open” turnirində qalib gələn ilk yerli tennisçidir. Sonuncu dəfə bu turnirdə qalib gələn avstraliyalı tennisçi Kris Oneil olub. O, 1978-ci ildə “Australian Open” turnirinin qalibi adını qazanıb.
İyirmi beş yaşlı E.Barti Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində birincidir. O, karyerası ərzində 15 titul qazanıb. Avstraliya açıq turnirindəki qələbə idmançının “Böyük dəbilqə” turnirlərində üçüncü uğurudur. İdmançı əvvəllər “Roland Qarros” (2019) və “Wimbledon” (2021) turnirlərində qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]