REGİONLAR


Avar xalqının nümayəndəsi: Düşmənə qarşı ən güclü silahımız vətənpərvərliyimizdir

Zaqatala, 30 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Erməni qəsbkarlarının son təxribatlarının qarşısının alınması məqsədilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ cəbhəsindəki zəfər yürüşü, işğal altında olan torpaqlarımızın, yaşayış məntəqələrimizin bir-birinin ardınca düşməndən azad olunması bizi - Zaqatalada yaşayan azsaylı xalqların nümayəndələri olan avarları da ürəkdən sevindirir. Bu gün dinindən, dilindən, adət-ənənələrindən asılı olmayaraq, hamı bir amal uğrunda birləşib. Doğma Vətəni qorumaq bu torpaqda doğulub boya-başa çatan hər bir insanın müqəddəs borcudur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avar xalqının nümayəndəsi, Zaqatala rayonu Car kənd 1 saylı tam orta məktəbin direktoru Zərifə Ağakişiyeva söyləyib.

Azərbaycan vətəndaşı olmağından fəxr etdiyini vurğulayan rayon ziyalısı deyib: “Azərbaycan tolerant ölkədir. Doğma Zaqatalamızda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır. Böyütdüyümüz gənclər bu xalqların mədəniyyətlərinə, adət-ənənələrinə həmişə hörmətlə yanaşırlar. Bu gün birlik vaxtıdır. Biz hamımız bir nəfər kimi, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Cəbhə bölgəsindən gələn qələbə müjdəli xəbərləri eşidəndə sevincimizin həddi-hüdudu olmur. Azərbaycanın qəhrəman oğulları Vətənimizi mənfur düşməndən mərdliklə qoruyur, qorxmadan ölümə belə gedirlər. Budur birliyimiz, gücümüz!”.

Rayon ziyalısı bildirib ki, erməni qəsbkarlarının elan olunmuş atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və rayonlarını raket atəşinə tutması, Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdikləri qətliamlar, qanlı cinayətlər faşist Ermənistanının terrorçu mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirib.

Cəbhədə baş verənlərin xalqımızı qorxutmadığını, əksinə bir amal uğrunda daha da sıx birləşdiyini vurğulayan Zərifə Ağakişiyeva deyib: “Düşmənə qarşı ən güclü silahımız vətənpərvərliyimizdir. Biz haqq işi uğrunda mübarizə aparırıq. Əsgərlərimizin mərdliyi, cəsarəti bundan irəli gəlir. Torpaqlarımızın bütünlüklə düşmən işğalından azad olunacağı gün uzaqda deyil. Biz hər gün Müzəffər Ali Baş Komandandan qələbə müjdəli xəbərlər gözləyirik. Tanrı özü Azərbaycana yar olsun! Qarabağ Azərbaycandır!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.