Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının hamı tərəfindən qəbul edilmiş və öz ölkəsinə sonsuz məhəbbət və sədaqət nümunəsi olan zəngin həyat yolu keçmiş liderisiniz. Yüksək peşəkarlığınız və məqsədyönlülüyünüz Sizə ölkə qarşısında dayanan ən mürəkkəb məsələləri həll etməyə, xalqınızın rifahına xidmət etməyə imkan verir.

Sizə ürəkdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Arif qızına ən xoş diləklərimi çatdırır, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Tatyana Anodina

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin