CƏMİYYƏT


Avokado qan xərçəngi ilə mübarizədə effektiv üsul ola bilər

Bakı, 18 sentyabr, AZƏRTAC

Gündə bir avokado yeməyin qan xərçəngi ilə mübarizədə effektiv nəticə verə biləcəyi açıqlanıb.

AZƏRTAC “Cancer Research” dərgisinə istinadla xəbər verir ki, kanadalı elm adamları avokadonun tərkibindəki yağ molekulunun ölümcül qan xərçəngi növü olan kəskin mieloid leykozuna səbəb olan kök hüceyrələrini hədəf aldığını aşkarlayıblar.

Xəstələrdə ağ qan hüceyrələrindən olan qranulositlər və monositlərin “partladıcı” adı verilən qabaqlayıcı hüceyrələrinin yetişmə vaxtının pozulmasına diqqət çəkən alimlər avokadodakı avokatin B molekulunun həmin prosesi dayandıra bildiyini söyləyiblər.

Tədqiqatçılar avokadotərkibli dərmanın hazırlanmasının xəstələrin həyat keyfiyyətini artmasına səbəb olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.