MƏDƏNİYYƏT


Avqust ayında Azərbaycanı 37 min iranlı ziyarət edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 42 min və ya 13.2 faiz artım deməkdir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səyahət edənlərin ən böyük qismini 9.3 faiz artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib.

Ən böyük artım 82.2 faiz və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub.

Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnlərin sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20 faiz artım deməkdir.

Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13, 50 və 11.2 faiz artaraq 27, 14 və 11 minə çatıb.

Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18.3 faiz artaraq 22.6 minə çatıb.

2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizi Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür.

Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8 faiz və ya 87 min artım müşahidə edilib.

Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4 faiz və 38.1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.