DÜNYA


Avqustda Almatıda COVID-19-un dördüncü dalğası proqnozlaşdırılır

Nur-Sultan, 29 iyul, АZƏRTAC

Qazaxıstanın Almatı şəhərində COVID-19-la bağlı vəziyyət gündən-günə pisləşir. Virusoloqlar avqustun 3-4-də koronavirusa yoluxma sayında artım gözlənildiyini, ayın 10-12-də isə Almatının koronavirusun dördüncü dalğası ilə qarşılaşacağını proqnozlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, son sutkada ölkədə 81 nəfər koronovirusdan, 16 nəfər isə koronavirus sətəlcəmindən həyatını itirib.

Qeyd edək ki, ölkə üzrə son sutka ərzində koronavirus infeksiyasında yeni rekord rəqəm - 7479 yoluxma qeydə alınıb.

Ümumilikdə ötən ilin martından Qazaxıstanda koronavirusa yoluxanların sayı 60 min 280 nəfərə çatıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.