İQTİSADİYYAT


Avqustda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə 10,4 milyon dollardan çox ixrac həyata keçirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Avqustda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən ixracın dəyəri 10,4 milyon ABŞ dollarından çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

R.Hüseyn bildirib: "Avqustda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Qazaxıstan, Hollandiya, İran, Gürcüstan, İsveçrə, Ukrayna, İraq, Moldova, Avstriya, Malayziya, Kipr, Kanada daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində həyata keçirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.