İQTİSADİYYAT
Avqustda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 662 vətəndaş müraciət edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Avqustda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 662 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 30-u məlumat xarakterli olmaqla 556 müraciət daxil olub. Təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat xarakterli olmaqla 52 müraciət edilib.
İstilik təchizatı ilə bağlı müraciət olmayıb. Digər məsələlərlə bağlı 13-ü məlumat xarakterli olmaqla 54 müraciət göndərilib.
270 müraciət agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (8 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 342 müraciət hazırda baxılma prosesindədir, 47 məlumat xarakterli müraciətdən 12-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.