İQTİSADİYYAT
Avqustda Gömrük Komitəsinin Çağrı mərkəzinə 5915 müraciət daxil olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi avqust ayı üçün “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 5915 müraciət cavablandırılıb. Bu müraciətlərdən 724-ü elektron xidmətlər, 328-i gömrük ödənişləri, 136-sı gömrük təmsilçiliyi, 1430-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 317 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 428, şikayət xarakterli müraciətlər 96, qısa idxal bəyannaməsi ilə bağlı 69, ixrac gömrük proseduru ilə bağlı 102 və digər mövzularla bağlı 2285 müraciət daxil olub.