CƏMİYYƏT


Avqustda havanın orta aylıq temperaturu bəzi yerlərdə normadan bir qədər yüksək olacaq

Bakı, 4 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 38-41° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-8 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 22-27°, gündüzlər 32-37°, bəzi günlərdə 40-42° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 millimetr) olacağı bildirilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 14-19°, gündüzlər 22-27°, bəzi günlərdə 30-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 32-55 millimetr) olacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 31-36°, bəzi günlərdə 38-40° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-27 millimetr) olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 27-32°, bəzi günlərdə 35-38° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-116 millimetr) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 26-29° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 22-27°, gündüzlər 33-37°, bəzi günlərdə 41-44° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 millimetr) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 22-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 millimetr) olacağı ehtimalı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.