İQTİSADİYYAT


Avqustda paytaxtda yol hərəkətinin təşkili və infrastrukturu istiqamətində görülən işlər açıqlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Avqust ayında 48 küçə və prospektdə 304 yol nişanı quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin “Şəhər nəqliyyatı” aylıq icmalında qeyd olunub.

Bildirilib ki, 48 küçə və prospektə piyada keçidi yenilənib, 8 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb. Quraşdırılan avtobus dayanacaqlarının və məntəqələrinin sayı 14 olub. Həmçinin 7 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb, 6 parklanma məntəqəsi və 5 küçədə piyada keçidləri təşkil olunub.

Ümumilikdə son 8 ayda yol nişanları üzrə illik hədəfin 57 faizi quraşdırılıb. Quraşdırılmış işıqfor nəticəsində kəsişmələrdə hərəkət növbəliliyi təmin edilib, yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.