DÜNYA


Avqustun 15-dən başlayaraq Özbəkistanda karantin rejimi yumşaldılacaq

Daşkənd, 13 avqust, АZƏRTAC

Avqustun 15-dən başlayaraq Özbəkistanda karantin rejimi mərhələ-mərhələ yumşaldılmağa başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi viideoselektor müşavirəsində məlumat verib.

Dövlət başçısı deyib ki, avqustun 15-də yerli aviaxətlərin, dəmir yolunun və avtomobillərin hərəkəti tam bərpa ediləcək. Həmin gündən sanatoriyalar, pansionatlar, mehmanxanalar, muzeylər, uşaq sağlamlıq mərkəzləri, bərbərxanalar, gözəllik salonları, açıq havada kafelər də açılacaq. 30 nəfərdən çox iştirakçısı olmayan toy və digər ailə şənliklərinin keçirilməsinə də həmin tarixdən icazə verilir.

Avqustun 17-dən regionlar arasında avtomobillərin hərəkəti, metro istisna olmaqla, ictimai nəqliyyatın işləməsi də təmin olunacaq.

Avqustun 20-dən geyim və tikinti materialları bazarları, böyük mağazalar, idman salonları, fitnes klubları və hovuzlar da işləyəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.