CƏMİYYƏT
Avqustun 17-də hava meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 28-33°, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi normadan aşağı-756 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Bölgələrdə şərq küləyinin əsəcəyi gözlənilir.