CƏMİYYƏT


Avqustun 4-də Azərbaycanda COVID-19 əleyhinə 1 962 doza vaksin vurulub

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 962 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 295, ikinci doza vaksinlərin sayı 248, üç və daha çox doza vaksinlərin sayı 1200, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 219-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 824 min 41, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 367 min 712, ikinci mərhələ üzrə 4 milyon 858 min 491, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 342 min 589, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 255 min 249-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.