ELM VƏ TƏHSİL


Avrasiya Akademiyasının 3-cü rəsmi məclisi keçirilib YENİLƏNİB

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Xəzər Universitetində Avrasiya Akademiyasının 3-cü rəsmi məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə SSRİ Xalq artisti, bəstəkar və dirijor Murad Kajlayev, Böyük Britaniyadan alim, kollektor və xeyriyyəçi Nasser Xəlili, Azərbaycandan şair və ssenarist Ramiz Rövşən və Türkiyədən geoloq və ictimai xadim Celal Şengör Avrasiya Akademiyasına üzv seçiliblər. Onlara “Avrasiya əfsanəsi” mükafatı təqdim olunub. Mükafat sahibləri tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Avrasiya Akademiyasının tarixi, yaranması və inkişafı haqqında film nümayiş etdirilib. Xəzər Universitetinin kamera orkestri Motsart, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Murat Kajlayevin əsərlərindən musiqi parçaları səsləndirib.

Xatırladaq ki, 2012-ci ildə bir qrup elm və sənət adamları arasında həm intellektual, həm də regional mahiyyət daşıyan akademiyanın yaradılması ilə bağlı çox sayda məsləhətləşmələr olub. Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, akademiyanın adı və digər məsələlər haqqında ümumi razılıq əldə edilib. Avrasiya Akademiyasının baş idarəsinin Azərbaycanda olması qərara alınıb. Avrasiya Akademiyası 2012-ci il sentyabrın 28-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Akademiya “Avrasiya əfsanəsi” mükafatını və 5 medal təsis edib.

Avrasiya Akademiyası Türkiyə, ABŞ və Azərbaycan vətəndaşları (professorlar Halil İnalçık, Lütfi Zadə, Mahmut Qazi Yasargil, Arif Məlikov və Hamlet İsaxanlı) tərəfindən təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.