SİYASƏT
Avrasiya ölkələri parlament sədrlərinin ikinci müşavirəsi Cənubi Koreyada keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
Avrasiya ölkələri parlament sədrlərinin ikinci müşavirəsi iyunun 26-28-də Cənubi Koreyanın paytaxtı Seulda təşkil ediləcək.
Cənubi Koreya parlamentinin yaydığı məlumatda deyilir ki, tədbirdə Avrasiyanın 41 ölkəsindən nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi ötən ilin aprelində Moskvada keçirilmişdi. Həmin forumda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:09]
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
- 25.04.2024 [13:33]