Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə "dağıtmaq" arzusundadır?

Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə

Bakı, 8 oktyabr, AZƏRTAC 

Həqiqəti deməyə hər kəsin cəsarəti çatmır. Hamıdan da ədalət gözləməyin mənası yoxdur. Lakin siyasətlə məşğul olan insan üçün müəyyən siyasi və diplomatik etiket mövcuddur. Konstantin Zatulində bu keyfiyyət yoxdur. O, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədrinin birinci müavinidir. Özü də Avrasiya miqyasında guya inteqrasiya məsələlərinə məsuldur. Bu zat bəyanat verir ki, Ermənistan Azərbaycanı "dağıda bilər". Hansı MDB ölkəsində kimin nə deməsindən asılı olmayaraq, tutduğu vəzifə K.Zatulinin obyektiv, məsuliyyətli və tarazlı ifadələr işlətməsini tələb edir. O, MDB-nin üzvü olan bir ölkənin digərini "dağıda biləcəyi" haqqında sərsəm və əsassız fikirlər ortaya atmamalıdır. Üstəlik, bir adam inteqrasiya və xaricdə yaşayan ruslarla əlaqələrə məsuldursa, o, son dərəcə incə, ehtiyatlı və ədalətli olmalıdır. Bu tezislərin işığında K.Zatulinin söylədiyi bir sıra fikirlərin analizinə ehtiyac duyduq.

Tərəfkeşlik: MDB rəsmisinə yaraşmayan mövqe

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yerində deyil. Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələri inkişaf etdirməklə məşğul olmaq əvəzinə Zatulin soyadlı zat ermənipərəstliklə məşğul olur. Özü də artıq uzun illərdir ki, bunun belə olduğu məlumdur. Maraqlıdır, o halda bu adamı niyə o cür məsuliyyətli vəzifədə saxlayırlar? Kimlər bunda maraqlıdır? Rusiya kimi böyük bir dövlətdə hər halda bu suala cavab verən tapılar. Ancaq bizim üçün əhəmiyyətli olan bir sıra düşündürücü məqamlar mövcuddur.

K.Zatulin əslən Tbilisidəndir. Onun Gürcüstanla bağlı mövqeyi isə antigürcü xarakterlidir. K.Zatulin Cənubi Qafqazdakı separatçılığı insan haqları, öz müqəddəratını təyinetmə prinsiplərinə görə və ya demokratiya naminə deyil (bu ibarələr adətən Qərbin ikili standartlar siyasəti yeridən dairələri üçün "keçərlidir", Zatulin isə o zatlardan deyil), erməni mənafeyinə görə müdafiə edir. Bu, onun Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ilə əlaqədar söylədiyi fikirlərdən tam açıq görünür.

Bu dəfə K.Zatulin daha irəli gedərək, Rusiyanın dövlət maraqlarını erməni mənafeyinə "keçi qiymətinə" satıb. O, Azərbaycan parlamentinin üzvünün Dağlıq Qarabağın və ətraf rayonların işğal edilməsi ilə bağlı müstəqil deputat olaraq bildirdiyi fikrə çox ziddiyyətli şərh verib. Hiss olunur ki, K.Zatulini nə həqiqət, nə Rusiyanın dövlət maraqları maraqlandırmır – onun məqsədi erməni işğalına haqq qazandırmaqdan ibarətdir. Hətta bu, vətəndaşı olduğu Rusiyanın maraqlarını tapdalamaq naminə olsa belə!

Azərbaycan parlamentinin müstəqil üzvü "Rusiya Dağlıq Qarabağı işğal edib" – deyəndə, konkret olaraq Boris Yeltsin dönəmində Rusiya hakimiyyətindəki bir sıra dairələrin Ermənistana açıq-aşkar yardım etməsini nəzərdə tutur. Həmin dairələrin İrəvana hərbi, siyasi, diplomatik dəstək verdiyi sirr deyil və bu, rusiyalı məşhur ictimai-siyasi xadim, filosof, sosioloq, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin tərəfindən də açıq bildirilib. A.Duqin Cocuq Mərcanlıdakı "Bakı-Moskva geosiyasi oxu. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır" adlı konfransdan sonra aydın deyib ki, B.Yeltsin Rusiyası Ermənistana Dağlıq Qarabağı və ətraf rayonları işğal etməkdə yaxından kömək edib. Yəni bu fikri ilk deyən azərbaycanlı deputat deyil. Digər tərəfdən, həmin deputat siyasi hakimiyyəti təmsil etmir, o, müstəqil deputatdır. Rusiya Dumasında müstəqil fikir ifadə edən deputatlar yoxdurmu? Azərbaycana iftiralar yağdıran rus parlamentarlar yoxdurmu? Cavab aydındır.

Bundan başqa, bir sıra Rusiya şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin razılığı ilə iş görürlər. Onlar bizneslə məşğul olurlar, Azərbaycanın sərvətlərindən istifadə edirlər və bununla bağlı Azərbaycan hökumətindən heç bir icazə almayıblar. Axı, Azərbaycan həmin ərazilərin işğal edildiyini dəfələrlə bəyan edib. Rusiya da bunu tanıyıb. Əlavə olaraq MDB üzvü kimi Azərbaycanın konkret öhdəlikləri olduğu kimi, hüquqları da vardır. Bütün bunları necə gözardı etmək olar?

Sonra, K.Zatulin Q.Həsənquliyevdən fərqli olaraq MDB-nin rəsmi şəxsidir. Bu adam həmin təşkilata üzv olan hər bir ölkənin maraqlarını bərabər səviyyədə gözləməlidir. O isə bir azərbaycanlı müstəqil deputatın fikrini hər şeydən öncə, əsassız olaraq rəsmi Bakının mövqeyi kimi təqdim etməyə çalışmaqla ilk böyük səhvini edir, üstəlik, MDB üzvü olan bir ölkənin "dağıla biləcəyi" haqqında əsassız, qeyri-obyektiv fikir söyləyir. Özü də bu "dağılmanın" Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində baş verəcəyini utanmadan ifadə edir.

Sual olunur: Avrasiya inteqrasiyası və xaricdə yaşayan rusların işləri üzrə məsələlərlə məşğul olan bir rəsmi şəxs belə məsuliyyətsiz və məntiqsiz, qeyri-diplomatik fikir bildirirsə, kimə xidmət edir? K.Zatulin faktiki olaraq bu antirusiya mövqeyi ilə sübut etmirmi ki, B.Yeltsin dönəmində ermənipərəst mövqe tutanlar sırasında o da varmış? Yəni Ermənistana silah-sursat verməklə, ona hərtərəfli yardım göstərməklə K.Zatulin də insanların həlak olmasına görə məsuliyyət daşımırmı? Biz bunun konkret detalları haqqında bir şey deyə bilmərik, sadəcə, K.Zatulinin özünün "məntiqinin" məntiqi və ya məntiqsiz aspektindən tutaraq dərinliyə varanda hansı absurd məqamların üzə çıxdığına işarə vermək istəyirik. Özü də həmin məqamlar ilk növbədə Rusiyanın indiki mərhələdəki xarici siyasətinə tamamilə uyğun deyil.

Məsələn, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ifadə edib ki, Azərbaycanla Rusiya strateji tərəfdaşlıq səviyyəsində əlaqələrə malikdirlər. Azərbaycan postsovet məkanında rus dilinə, mədəniyyətinə və dövləti maraqlarına ən hörmətlə yanaşan ölkədir. Cənab K.Zatulin bu ölkəni "dağıtmağımı" arzulayır? Bəlkə o, diqqətini Ermənistanda nəyə görə rusların qalmadığı problemini çözməyə yönəltsin? Çünki bu onun birbaşa vəzifəsidir. Əgər K.Zatulin Bakıya gəlsə, onda burada yaşayan ruslar ona başa salarlar ki, Azərbaycanda ən rahat yaşayanlar elə ruslar və rusdillilərdir. Onların hüquqlarını zatulinlərin qorumasına əsla ehtiyac yoxdur – Azərbaycan hakimiyyəti bu istiqamətdə lazım olan addımları atır.

Yanlış təyinat: səhvi kim düzəldəcək?

Təbii ki, Azərbaycan dövləti emosiyalara və məntiqsiz insanların söylədiklərinə görə siyasət yeritmir. Azərbaycan demokratik dövlətdir, burada multikulturalizm dövlət siyasətidir və "azərbaycanlı ruslar" da tamhüquqlu vətəndaşdırlar. Sadəcə, zatulinlər ürəkbulandıran və erməni təxribat maşınının "kif iyi verən" cümlələri ilə dinc insanlara problem yaratmağa çalışmasınlar. Bizim də səbrimizin bir həddi var.

Məsələnin siyasi aspekti daha vahiməlidir. Çünki Konstantin Zatulin Avrasiyada inteqrasiya məsələləri ilə birbaşa məşğul olmaq üçün təyin edilmiş adamdır. Kreml xarici siyasətdə bu istiqamətə çox ciddi fikir verir. Demək olar ki, Avrasiyada inteqrasiya məsələsi Moskvanın qlobal miqyasda yeritdiyi siyasətin mərkəzi punktudur. Özü də strateji xarakterli faktordur.

K.Zatulin isə birbaşa deyir ki, Azərbaycan "dağıla bilər", çünki o, kifayət qədər sabit və stabil dövlət deyil, neft və qazdan əldə edilən gəlirlər cəmiyyət üçün xərclənmir. Bunlar ağ yalandır. Azərbaycan Cənubi Qafqazın iqtisadi və siyasi olaraq lider dövlətidir. Rəsmi Bakının həyata keçirdiyi beynəlxalq layihələr və apardığı islahatlar çox ciddi müsbət nəticələr verib. Azərbaycana gələn hər bir xarici siyasətçi və ya diplomat ilk növbədə burada gördüklərindən heyrətə gəlir və bunu gizlətmirlər. Azərbaycan müstəqillik dönəmində öncə Rusiya imperiyasının, sonra sovetlərin tərkibində olduğu 300 ilə yaxın bir dövrdə nail ola bilmədiyi inkişafa çatıb və bu proses davam edir. Bəlkə, ermənilərlə bərabər zatulinləri məhz bu inkişaf və tərəqqi narahat edir?

Tamamilə mümkündür. Çünki K.Zatulin ən azından Azərbaycan dövlətinin rus mədəniyyəti, rus dili və dini məbədləri üçün xərclədiyi vəsaiti yada salıb, qarayaxma kampaniyasından utanardı! Bakının mərkəzində rus pravoslav kilsəsi var. Azərbaycan hakimiyyəti xarici ölkələrdə hətta ermənilərin dini məbədlərinə yardım edir. Yəhudilərin sinaqoqlarına yardım göstərir. Bakıda yaşayan rusların işlə təminatı yüksək səviyyədədir. Heç bir iş yerində ruslarla rus dilindən başqa dildə danışan yoxdur. Hətta etnik azərbaycanlılar belə burada ruslarla rus dilində danışırlar. Bu cür qayğının üstündən xətt çəkmək fikrinə düşənlər ilk növbədə Rusiya dövlətinin, xalqının və mədəniyyətinin düşmənidirlər! K.Zatulin də o sıradadırsa, bu, Dumanın və müəyyən siyasi qüvvələrin daxili problemidir.

Əslində, K.Zatulin kimiləri nə Kremlin xarici siyasətini dəyişə bilərlər, nə də Azərbaycanı gözdən salmağı bacararlar. Onların danışmağının, hay-küylərinin başqa səbəbləri vardır. Məsələ belədir ki, ermənilər və onların züy tutanları yaxşı bilirlər ki, Azərbaycan hər cəhətdən Ermənistandan güclüdür. Belə olmasaydı, sarkisyanlar, paşinyanlar Moskvaya, Berlinə, Parisə və Vaşinqtona qaçıb yalvarmazdılar ki, "amandır, Azərbaycan hərbi əməliyyatlara başlamasın". Belə olmasaydı, N.Paşinyan Prezident İlham Əliyevin arxasınca qaçıb, "müharibə olmasın" deyə xahiş etməzdi və dərhal Dağlıq Qarabağdakı terrorçulara sevincək nəsə deməzdi.

Bəli, ermənilərlə yanaşı, K.Zatulin də bilir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata və ən güclü orduya malikdir. Çox qısa müddətdə bu ordu Ermənistan silahlı qüvvələrini darmadağın edə bilər. Bu səbəbdən zatulinlər hay-küy salırlar. Lakin xeyri yoxdur, Azərbaycan rəhbərliyi və ordusu lazımi cavabı verəcək. Bu cavab isə birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir! Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək! Bir qarış torpaq belə təcavüzkara verilməyəcək!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar