İDMAN
“Avro-2016”: Portuqaliya millisi yarımfinala vəsiqə qazanıb VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
İyunun 30-da futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Marsel şəhərinin “Velodrom” stadionunda keçirilən matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar.
Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qoruya bilməyiblər. Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Matçda bundan başqa qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matç heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6:4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Qeyd edək ki, Portuqaliya milli komandasının “Avro-2016”da keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]