İDMAN
“Avro-2016”: Uels–Slovakiya – 2:1 VİDEO
Paris, 11 iyun, AZƏRTAC
İyunun 11-də “Avro-2016”nın “B” qrupu çərçivəsində ilk oyun keçirilib.
Fransanın Bordo şəhərindəki “Matmut-Atlantik” stadionunda Uels və Slovakiya milli komandaları qarşılaşıb. Norveçli baş hakim Svein Oddvar Moenin idarə etdiyi oyunun 10-cu dəqiqəsində Uels millisinin futbolçusu Garet Bale hesabı açıb. Oyunun ilk hissəsi bu hesabla başa çatıb.
Matçın 61-ci dəqiqəsində Slovakiya millisinin üzvü Robert Mak hesabı bərabərləşdirib. Bundan 20 dəqiqə sonra Uels futbolçusu Hal Robson–Kanu həmkarı Aron Ramseyin ötürdüyü topu qapıdan keçirərək komandasını yenidən hesabda irəli çıxarıb – 2:1. Oyun bu hesabla da yekunlaşıb.
Slovakiya millisinin üç futbolçusu Robert Mak, Juraj Kucka və Martin Skrtel, həmçinin uelsli Vladimir Ueys sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, qrupda ikinci oyun İngiltərə və Rusiya komandaları arasında olacaq. Prinsipial keçəcəyi gözlənilən bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris