İDMAN


“Avro 2020”: Fransa Almaniya yığmasını minimal hesabla məğlub edib

Bakı, 16 iyun, İlyas Zeynallı, AZƏRTAC

İyunun 15-də futbol üzrə Avropa çempionatının F qrupunda birinci turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Münhendə "Fussball Arena"da keçirilən görüşdə Fransa və Almaniya komandaları qarşılaşıb. Gərgin şəraitdə keçən oyunda Fransa seçməsi rəqibini minimal hesabla üstələyib. Görüşdə vurulan yeganə qol isə 20-ci dəqiqədə Almaniya yığmasının müdafiəçisi Mats Hummelsin topu səhvən öz qapısına göndərməsi olub.

F qrupun digər görüşündə isə Portuqaliya komandası Macarıstan seçməsini üç cavabsız qolla məğlub ediblər.

F qrupunun turnir cədvəlinə 3 xalla Portuqaliya komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Fransa, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Almaniya və Macarıstan yığmaları qərarlaşıb.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya Stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1. Paytaxtımızda keçiriləcək digər qarşılaşma - Türkiyə-Uels matçı iyunun 16-da Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.