DÜNYA


“Avro-2020”: İngiltərə-Şotlandiya matçından sonra 30 nəfər həbs olunub

London, 19 iyun, AZƏRTAC

“Avro-2020” çərçivəsində İngiltərə ilə Şotlandiya arasında keçirilən matçdan sonra 30 nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, Londondakı “Uembli” stadionundakı qarşılaşmadan sonra azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Sərxoş vəziyyətdə polisə hücum edən azarkeşlər həbs olunub.

Qeyd edək ki, bu, İngiltərə və Şotlandiya arasındakı keçirilən 115-ci görüş olub. Əzəli rəqiblər arasında görüş 1872-ci ildə Qlazqoda keçirilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.